Qüvvəyə minmə tarixi / Effective date: 1 avqust 2026 / 1 August 2026
Əlaqə / Contact: [email protected]
Simvela səyahət üçün eSIM (elektron SIM) satan mobil tətbiqdir. Bu sənəd tətbiqi istifadə edərkən hansı məlumatların toplandığını, niyə toplandığını və kimlərlə paylaşıldığını izah edir.
Məlumatların idarəçisi: Azər Abışov (fərdi sahibkar, VÖEN ilə qeydiyyatda)
| Məlumat | Haradan gəlir | Niyə lazımdır |
|---|---|---|
| E-poçt, ad, hesab identifikatoru | Google və ya Apple ilə giriş | Hesabını yaratmaq, sifarişləri sənə bağlamaq, dəstək |
| Seçdiyin dil | Tətbiq ayarları | İnterfeys və bildirişləri sənin dilində göstərmək |
| Sifariş məlumatları (paket, ölkə, qiymət, tarix, status) | Alış zamanı | Sifarişi icra etmək, tarixçə, mühasibat |
| eSIM məlumatları (ICCID, aktivasiya kodu, QR, istifadə həcmi, müddət) | eSIM veriləndə və istifadə olunduqda | eSIM-i çatdırmaq, qalıq datanı göstərmək, xəbərdarlıq |
| Cihaz bildiriş tokeni və platforma | Bildirişlərə icazə verdikdə | Data azalma, paket bitmə, eSIM hazır bildirişləri |
| Dəstək çatındakı mesaj və ekran şəkilləri | Sən göndərdikdə | Sualına cavab vermək |
Toplamadıqlarımız: yerləşdiyin yer (GPS), ünvan kitabçası, qalereya (yalnız sənin seçdiyin şəkil), reklam identifikatoru. Tətbiqdə üçüncü tərəf reklam və analitika izləyicisi yoxdur.
Kart məlumatları: kart nömrəsi, CVV və son istifadə tarixi heç vaxt bizim serverlərimizə gəlmir. Ödəniş lisenziyalı ödəniş təşkilatının öz səhifəsində aparılır. Ödəniş bitdikdən sonra təşkilat bizə üç şey qaytarır və biz onları sifarişlə birlikdə saxlayırıq: ödənişin uğurlu olub-olmaması, kartın maskalanmış nömrəsi (məs. 4****4033) və bankın əməliyyat nömrəsi (RRN). Bunlar mübahisə və ya geri qaytarma zamanı ödənişi tanımaq üçün lazımdır; onlarla kartdan pul çıxarmaq mümkün deyil.
Məlumatlar Supabase Inc. infrastrukturunda, Yaponiya (Tokio) regionunda saxlanılır. Yəni məlumatlar Azərbaycandan kənara ötürülür və orada emal olunur. Tətbiqi istifadə etməklə bu ötürülməyə razılıq vermiş olursan.
| Tərəf | Nə alır | Niyə |
|---|---|---|
| Supabase Inc. | Yuxarıdakı bütün məlumatlar | Baza və server infrastrukturu (Tokio) |
| eSIMAccess | Yalnız sifariş nömrəsi, paket kodu, qiymət | eSIM-i təchiz etmək. Adın və e-poçtun GÖNDƏRİLMİR |
| Anthropic PBC | Dəstək çatındakı mesaj və şəkillər | AI dəstək cavabı. Hesab identifikatorun göndərilmir |
| Apple / Google | Cihaz bildiriş tokeni və bildiriş mətni | Bildirişi cihazına çatdırmaq |
| Ödəniş təşkilatı | Ödəniş məbləği və sifariş nömrəsi | Ödənişi qəbul etmək |
Məlumatlarını satmırıq və reklam məqsədilə heç kimə vermirik. Qanunla tələb olunduqda səlahiyyətli dövlət orqanlarına açıqlaya bilərik.